Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixracı 10 faizdən çox artıb

2024.05.31 14:38 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin ümumi həcmi 15,3 faiz və ya 3,7 milyon dollar artaraq 27,9 milyon dolları üstələyib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, cari ilin ilk 4 ayında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə 16,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 10,2 faiz və ya 1,56 milyon dollar çoxdur.

Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 24 faiz və ya 2,1 milyon dollar artaraq 11,1 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Birləşmiş Ərəb Əmirlikləri ilə ticarətin payı 0,2 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,07 faiz bəndi çoxdur.