Azərbaycanda yerli və xarici investorlar üçün yaradılan imkanlar haqda məlumat verilib

2024.05.31 10:12 (UTC+04:00)

"İnvestisiya sahəsinin əsas aktorlarını bir araya gətirən "Sea Breeze Investment Forum"unda ölkəmizin sərmayə imkanları və perspektivlər barədə danışdıq. Azərbaycanda biznes qurmaq üçün mövcud potensial, yerli və xarici investorlar üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verdik".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib:

"Son illərdə həyata keçirilən islahatların investisiya və işgüzar mühitin yaxşılaşmasına və iqtisadi aktivliyin artmasına böyük təkan verdiyini diqqətə çatdırdıq", - nazir əlavə edib.