Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

2024.05.30 16:36 (UTC+04:00)

“Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forumda insan kapitalının davamlı inkişafda önəmi vurğulanıb, bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu insan resursları sahəsində əməkdaşlığın inkişafına, dövlət qulluqçularının peşəkarlığının artırılmasına xidmət edəcək.