Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq

2024.05.30 14:05 (UTC+04:00)

Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyətinin artırılması hədəflənir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Bazar rəqabəti" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə yol xəritəsinin müzakirəsi məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupu"nun iclasında deyib.

O qeyd edib ki, müqavilələrə dair məlumatların elektron satınalma portalında sistem tərəfindən oxuna bilən formatda yayımlanması, eləcə də tenderlər üzrə təchizatçı və subpodratçıların məlumatlarının yayımlanması, elektron satınalma portalında ekoetiketlərə və ətraf mühit baxımından əlverişli məhsullara dair xüsusiyyətlər, standartlar və meyarların əlçatan olması nəzərdə tutulur.

AZƏRTAC