“COP29 qlobal istiləşməni məhdudlaşdırmaq, iqlim dəyişikliyinə uyğunlaşmanı gücləndirmək və bu təşəbbüslər üçün lazımi maliyyəni səfərbər etmək səylərinə xüsusi diqqət yetirməklə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişinin məqsədlərinə nail olmaq baxımdan mühüm əhəmiyyət kəsb edəcək”.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına yaşıl enerji sahəsində ekspert, "Gulf Observer” jurnalının baş redaktoru Fatimə Tuz Zəhra deyib.
Onun sözlərinə görə, 2025-ci ilə qədər davam edən cari 100 milyard dollarlıq illik öhdəliyi əvəz edəcək Yeni Kollektiv Kəmiyyət İqlim Maliyyəsi Məqsədi üzrə danışıqlar gündəmin mərkəzində olacaq.
“Bu yeni maliyyə məqsədi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını daha yaxşı ödəmək və əvvəlki hədəfin çatışmazlıqlarını aradan qaldırmaq üçün qlobal maliyyə sisteminin müxtəlif aspektlərini inteqrasiya etmək məqsədi daşıyır”, - F.Tuz Zəhra qeyd edib.
Ekspertin fikrincə, COP29-un uğuru iştirakçı ölkələrin iqlim dəyişikliyinin azaldılması və bütün dünyada uyğunlaşma səylərini adekvat şəkildə dəstəkləyəcək möhkəm, tələbata əsaslanan maliyyə çərçivəsi yaratmaq bacarığından asılı olacaq.