“Azərbaycandan Ukraynaya bərə hərəkətinin bərpası üzrə danışıqlar yekun mərhələdədir”.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasının rəhbəri Yuriy Litvin deyib.
“Gəmilərin keçdiyi bütün ölkələrdən tranzit olaraq keçməklə Bakıdan Ukraynaya bərə daşımalarının bərpası ilə bağlı danışıqlar yekun mərhələdədir. Ümid edirik ki, bərə xidməti tezliklə fəaliyyətə başlayacaq”, - Y.Litvin qeyd edib.
Administrasiya rəhbərinin fikrincə, bərə xəttinin işləməsi bazardan – kənd təsərrüfatı sahəsinin məhsuldarlığından, idxal-ixrac üçün malların çeşidindən və bütövlükdə iqtisadi fəaliyyətdən asılı olacaq.