İçərişəhərdə KOB-ların məhsulları və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir

2024.05.29 16:50 (UTC+04:00)

İçərişəhərdə “May yarmarkası” çərçivəsində mikro və kiçik sahibkarların və sənətkarların məhsullarından ibarət sərgi-satış yarmarkası keçirilir.

Mayın 28-dən start götürən yarmarka Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Yarmarkada 10-a yaxın KOB subyektinin qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri sərgilənir və satılır. Məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsullarını almağa təşviq etməkdir. Yarmarka çərçivəsində ziyarətçilərin vaxtlarını maraqlı keçirməsi üçün mədəni-əyləncəli proqram da təşkil olunub.