Regionlar üzrə iqtisadi göstəricilərdə artımlar müşahidə edilib

2024.05.29 12:08 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında regionlar üzrə iqtisadi göstəricilərdə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artımlar müşahidə edilib.

Hesabat dövründə ümumi məhsul buraxılışı nominal ifadədə 2,9 faiz artaraq 7,8 milyard manat, kredit qoyuluşu isə 18 faiz artaraq 5,6 milyard manat təşkil edib.

Cari ilin ilk 4 ayı ərzində əsas kapitala 1,7 milyard manat investisiya yatırılıb.