Azərbaycanda yığılan Belarus texnikasının çeşidi artırılacaq

2024.05.29 10:46 (UTC+04:00)

Belarus Azərbaycanla istehsal sahəsində əməkdaşlığı ciddi şəkildə genişləndirmək əzmindədir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini İqor Petrişenko deyib.

Onun sözlərinə görə, Azərbaycanda traktorlarla yanaşı, kommunal, yanğınsöndürmə və digər təyinatlı texnikanın, o cümlədən Belarus liftlərinin yığılması nəzərdə tutulub.

“Biz dərman və baytarlıq preparatlarının birgə istehsalı, eləcə də Azərbaycan azotundan və Belarus kaliumundan qarışıq gübrələrin istehsalını planlaşdırırıq. Biz təcrübə mübadiləsi aparacaq, həmçinin mütəxəssislərin hazırlanmasına dəstək göstərəcəyik”, - İ.Petrişenko qeyd edib.