"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.05.27 15:34 (UTC+04:00)

- Əcnəbi sahibkar Azərbaycana gəlmədən də ölkəmizdə şirkətini qeydiyyatdan keçirə biləcək. Biznesə başlamaqla bağlı daha hansı yeniliklər gözlənilir?

- Avtomobili kreditlə, yoxsa lizinqlə almaq sərfəlidir? Avtolizinqin üstün və çatışmayan cəhətləri hansıdır?

- Minimum əməkhaqqının saatlıq hesablanması ilə bağlı rəsmi qurumdan ilk açıqlama. Əslində məsələ nədən ibarətdir? İşçiyə hansı imkanı yaradır?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 26 may 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov Günel Bəhramqızının suallarını cavablandırır.