İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti insan resurlarının hazırlığı və vergi qanunvericiyinin izahı sahəsində müxtəlif təhsil ocaqları ilə əməkdaşlığı davam etdirir. Növbəti tədbir DVX və Bankçılar klubunun birgə təşkilatçılığı ilə ADA universitetinin tələbələri üçün keçirilib. DVX-nin İnsan resursları baş idarəsi və Tədris Mərkəzi nümayəndələrinin qatıldığı görüşdə Mərkəzin Vergi inzibatçılığının tədrisi şöbəsinin rəisi Ülkər Kazımova və Vergi qanunvericiliyinin tədrisi şöbəsinin əməkdaşı Tural Abbasov “Gəlir vergisi” mövzusunda təqdimatla çıxış ediblər. Mövzu ətrafında geniş müzakirələr aparılıb, təqdimatla bağlı ortaya çıxan suallar cavablandırılıb.