Ötən ay 4,4 milyon dollarlıq sement ixrac edilib

2024.05.27 14:33 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 13,4 milyon ABŞ dolları dəyərində 222,5 min tondan çox hazır və ya klinker formasında sement ixrac edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 22,9 faiz və ya 2,5 milyon dollar, həcm baxımından isə 10,7 faiz və ya 21,5 min ton çoxdur.

Cari ilin mart ayına nisbətdə isə apreldə sementin ixrac dəyəri 71,1 faiz və ya 1,86 milyon dollar, həcmi isə 71,2 faiz və ya 29,49 min ton artaraq müvafiq olaraq 4,49 milyon dollar və 70,8 min ton təşkil edib.

2024-cü ilin ilk 4 ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,16 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,46 faizə bərabər olub.