Bu ilin yanvar-aprel aylarında ölkədə 1470,9 min dekalitr (dkl) meyvə şirələri istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 10,4 faiz və ya 138,9 min dkl çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, təkcə aprel ayında 382 min dkl meyvə şirələri istehsal olunub ki, bu da mart ayının göstəricisini 8,2 faiz və ya 29 min dkl üstələyir.
May ayının 1-nə hazır məhsul ehtiyatı 673,5 min dkl təşkil edib.