SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

2024.05.25 09:40 (UTC+04:00)

24 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın 2023-cü il üzrə fəaliyyət nəticələrinə dair təqdimat dinlənilib, həmçinin şirkətin ötən ilin nəticələri üzrə audit olunmuş maliyyə hesabatı təsdiq edilib. İclasda SOCAR-ın Müşahidə Şurası tərəfindən verilmiş tapşırığa uyğun olaraq, şirkətin 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsi təsdiqlənib.

Müşahidə Şurasının iclasında, həmçinin SOCAR-ın xarici investisiya layihələrində iştirakına və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.