Qazaxıstanın Kurık və Bakı dəniz limanları vasitəsilə Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə yüklərin avtomobillə Avropaya tranzit daşınmasının sınaq rejiminə start verilib.
Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına görə, Urumçidən yola düşən 80 ton ağırlığında ilk üç Çin yük maşını qeyd olunan marşrut üzrə Bakıya sonrakı gediş-gəliş üçün mayın 23-də Kurık limanında bərəyə yüklənib.
Qazaxıstan Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı və Nəqliyyat Nəzarəti Komitəsinin sədri Ali Altay qeyd edib ki, Çindən Qərb ölkələrinə yüz milyonlarla ton yük dəniz yolu ilə 52 günə qədər, daha kiçik həcmlər isə dəmir yolu ilə 22 günə qədər çatdırılır. Avtomobil nəqliyyatı vasitəsilə yüklərin aralıq yükləmə/boşaltma olmadan “qapıdan qapıya” çatdırılması isə 12 günə qədər azala bilər.