İşğaldan azad edilmiş ərazilərimizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması və investisiya cəlbediciliyinin artırılması məqsədilə biznes subyektləri üçün vergi güzəştləri və stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Bu ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara və iş adamlarına müxtəlif təşviqlərin verilməsi ilə bağlı Vergi Məcəlləsində və digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qarabağ Ərazi Vergilər Baş İdarəsinin (ƏVBİ) rəisi Ələkbər Məmmədov güzəştlər və onlardan faydalanmaq imkanları, bölgədə icra edilən layihələr, ƏVBİ-nin fəaliyyəti və vergi xidmətlərinin əlçatanlığının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.