5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

2024.05.24 14:03 (UTC+04:00)

24-26 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və s. dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır.

Sərginin ziyarətçiləri sırasına qatılaraq yerli şirkətlərin təqdim etdiyi yeni məhsul və xidmətlərlə yaxından tanış olun. Ziyarətçilərin sərgidə iştirakı ödənişsizdir.

Qeydiyyat üçün: https://bit.ly/3wCsw3B