Bu ilin ilk 4 ayı ərzində 121 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2024.05.24 13:13 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak üzərində 121 061 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu göstəricinin 18440-ı (15,2 faizi) ilkin, 102621-i isə (84,8 faizi) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 17896, mənzil üzərində - 26445 torpaq sahəsi – 72951, qeyri-yaşayış binası – 1047, qeyri-yaşayış sahəsi – 2470, əmlak kompleksi - 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan mülkiyyət hüquqlarının 29798-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bununla yanaşı cari ilin yanvar-aprel ayları ərzində 90043 texniki pasport tərtib edilib, 22387 ipoteka müqaviləsi qeydiyyata alınıb.