Regionlar üzrə kredit qoyuluşu 18 faizə yaxın artıb

2024.05.24 12:43 (UTC+04:00)

2024-cü ilin birinci rübündə Azərbaycanın regionları üzrə kredit qoyuluşu 5,67 milyard manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,88 faiz çoxdur.

Mərkəzi Bankın statistik məlumatlarına əsasən, regionlar üzrə ən böyük kredit portfeli Abşeron-Xızı (896,17 milyon manat) və Gəncə-Daşkəsən (730,8 milyon manat) iqtisadi rayonların payına düşüb.

Qarabağ iqtisadi rayonun kreditləşməsi hesabat dövründə 21,4 faiz artaraq, 430 milyon manatı üstələyib.

Regionlar üzrə kredit qoyuluşu (iqtisadi rayonlar):

Naxçıvan – 405,1 milyon manat (+25,4%)

Abşeron-Xızı – 896,17 milyon manat (+10,8%)

Dağlıq Şirvan – 170,76 milyon manat (+21,2%)

Gəncə-Daşkəsən – 730,8 milyon manat (+17,1%)

Qarabağ – 430,05 milyon manat (+21,4%)

Qazax-Tovuz – 458,6 milyon manat (+20,9%)

Quba-Xaçmaz – 417,37 milyon manat (+14,3%)

Lənkəran-Astara – 568,37 milyon manat (+16%)

Mərkəzi Aran – 497,4 milyon manat (+20,3%)

Mil-Muğan – 262,9 milyon manat (+19,5%)

Şəki-Zaqatala – 442,23 milyon manat (+23,7%)

Şirvan-Salyan – 388,9 milyon manat (+17,1%)

Şərqi Zəngəzur – —