Serbiya ilə ticarət dövriyyəsinin həcmi 27 milyon dolları üstələyib

2024.05.23 16:27 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 6,8 dəfə artaraq 27,3 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 4 ayında Azərbaycandan Serbiyaya 23,59 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 7,9 dəfə çoxdur.

Serbiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 5,1 faiz azalaraq 3,76 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Serbiya ilə ticarətin payı 0,2 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,18 faiz bəndi çoxdur.