Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 71,1 milyon ABŞ dolları dəyərində 52,1 min tondan çox pomidor ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 31,4 faiz və ya 17 milyon dollar, həcmi isə 20,4 faiz və ya 8,8 min ton artıb.
Cari ilin mart ayına nisbətdə isə apreldə pomidorun ixrac dəyəri 73,7 faiz və ya 11 milyon dollar, həcmi isə 1,9 dəfə və ya 9,6 min ton artaraq müvafiq olaraq 26,1 milyon dollar və 20 min ton təşkil edib.
Qeyd edək ki, cari ilin ilk dörd ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,87 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,74 faizə bərabər olub.