Mikro, kiçik və orta sahibkarların nəzərinə!

2019.07.16 18:26 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün "Mövcud biznesin inkişafı və pul axını" mövzusunda seminar keçiriləcək. KOBİA-dan bildirilib ki, məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə edilməsi barədə məlumatlandırılmasıdır. Seminarda iştirak ödənişsizdir.