Tütün istehsalı və ixracı artıb

2024.05.23 12:07 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 1753,2 ton tütün istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 7,9 dəfə və ya 1530 ton çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, təkcə cari ilin aprel ayında 375,3 ton tütün istehsal olunub ki, bu da mart ayının göstəricisini 4,2 dəfə və ya 285,8 ton üstələyir. May ayının 1-nə hazır məhsul ehtiyatı 481,6 ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 4 ayında ölkədən 8,9 milyon dollarlıq 3,2 min ton tütün xammalı ixrac olunub ki, bu da 2023-cü ilin yanvar-aprel aylarının göstəricilərinə nisbətdə müvafiq olaraq 6,9 milyon dollar və 2,3 min ton çoxdur.