Bu ilin yanvar-aprel aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 259,9 milyard manatı, sayı isə 52,5 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 51,8 faiz, sayında isə 21,6 faiz artım qeydə alınıb.
Cari ilin ilk 4 ayında AZİPS vasitəsilə 634,4 min əməliyyat üzrə 243,1 milyard manat, XÖNKS vasitəsilə 51,6 milyon əməliyyat üzrə 16,4 milyard manat, AÖS ilə isə 235,3 min əməliyyat üzrə 311,6 milyon manat həcmində ödəniş həyata keçirilib.