Qanunsuz reklamların yayımı ilə əlaqədar baxılan müraciətlərin sayı açıqlanıb

2024.05.22 18:15 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox, təmin olunan müraciət sayında isə 80 faizədək artım qeydə alınıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, sahibkarların rəqabət imkanlarını məhdudlaşdıran haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadənin qarşısının alınması istiqamətində tənzimləyici tədbirlər təhrif edilən məlumatların istehlakçının seçmə sərbəstliyinə mənfi təsirlərinin qarşısını alır.