Ekoloji vergilərin tətbiqi ilə bağlı təkliflər hazırlanacaq

2024.05.22 12:08 (UTC+04:00)

“Ekoloji vergilərin tətbiqini və ekoloji dayanıqlı iqtisadiyyatı təşviq edən islahatlar həyata keçiriləcək”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva jurnalistlərə açıqlamasında deyib.

S.Musayevanın sözlərinə görə, bu istiqamətdə ictimaiyyətlə geniş müzakirələr aparılacaq. "Bu il ölkəmizdə COP29 kimi mötəbər tədbir keçiriləcək. Başa düşürük ki, ekoloji dayanıqlığı təmin və təşviq edən vergi islahatlarının həyata keçirilməsinə zərurət var. Odur ki, biz Dövlət Vergi Xidməti olaraq ekoloji vergilərin tətbiqi və ekoloji dayanıqlı iqtisadiyyatı təşviq edən islahatların həyata keçirilməsi istiqamətində ictimaiyyətlə geniş müzakirələr aparacağıq, müvafiq təkliflər hazırlanacaq",- deyə S.Musayeva qeyd edib.