“5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə KOB-lar üçün ayrıca stend qurulacaq

2024.05.21 16:23 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə iyunun 24-26-da Bakı Ekspo Mərkəzində “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunacaq.

Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və satışına dəstək məqsədilə builki sərgidə də KOBİA-a tərəfindən KOB-lar üçün ayrıca stend qurulacaq. Ödənişsiz olaraq bu stenddə üç gün ərzində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyunun 12-dək KOBİA-ya müraciət edə bilərlər. Müraciətlərin qəbulu aşağıdakı link vasitəsilə həyata keçiriləcək (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “5-ci yerli şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır): https://smb.gov.az/az/contact-form/exhibition-form/1