Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq yüksək tarixi zirvədədir.
Bunu Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son illər Özbəkistan və Azərbaycan ərazisində fəaliyyət göstərən birgə layihələr və birgə müəssisələrin sayı 5 dəfə artıb.
L.Kudratov qeyd edib ki, avtomobil sənayesində birgə istehsala start verilir, tekstil klasterləri yaradılır, elektrik avadanlıqlarının istehsalı qurulur. Bu yaxınlarda Daşkənddə “Ritz Carlton” brendi altında mehmanxananın tikintisinə başlanılıb.