II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçiriləcək

2024.05.21 10:39 (UTC+04:00)

Mayın 21-də Qubada Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə II Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçiriləcək.

Hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən nümayəndələrin iştirakl ilə keçiriləcək Forumda Azərbaycan - Özbəkistan regionlararası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək ölkələrin işgüzar mühiti, investisiya layihələri barədə təqdimatlar, həmçinin Azərbaycan-Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək. Tədbir çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, I Regionlararası Forum ötən ilin fevralın 24-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.