Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 110 mənşə sertifikatı verilib.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz çoxdur.
Hesabat dövründə verilən mənşə sertifikatlarının 60 faizini CT-1 formalı mənşə sertifikatı, 40 faizini isə “Ümumi” formalı mənşə sertifikatı təşkil edib.