Bu ilin ilk 4 ayında 171 min tona yaxın azot gübrəsi ixrac olunub

2024.05.20 16:00 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədən 33 milyon ABŞ dolları dəyərində 170,9 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 8,9 faiz, həcm baxımından isə 63,5 faiz çoxdur.

Təkcə bu ilin aprel ayında ölkədən 6,1 milyon dollar dəyərində 29 min ton məhsul ixrac olunub ki, bu da mart ayı ilə müqayisədə dəyər ifadəsində 1,9 faiz, həcm olaraq isə 12,4 faiz çoxdur.
Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,4 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,59 faizə bərabər olub.