2023-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 201 qurumda dövlət metroloji nəzarət tədbiri həyata keçirilib.
Bunu Xidmətin şöbə müdiri Elməddin Quliyev “Milli Metrologiya Forumu”nda çıxış edərkən deyib. Onun sözlərinə görə, monitorinq keçirilmiş qurumların 156-da nöqsan aşkarlanıb. Eyni zamanda, yoxlanılan 25.615 cihaz və avadanlığın 19.018-də nöqsanın olduğu müəyyən edilib.