Makaron məmulatlarının istehsalı artıb

2024.05.20 14:54 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 2193,2 ton makaron məmulatları istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 23,4 faiz və ya 415,3 ton çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, təkcə aprel ayında 549,6 ton makaron məmulatları istehsal olunub ki, bu da mart ayının göstəricisini 30,5 faiz və ya 128,5 ton üstələyir.