Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir

2024.05.20 11:12 (UTC+04:00)

Biznes forumunda hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.

Forumun əsas məqsədi öləkələrimiz arasında iqtisadi-ticarət əlaqələrini genişləndirmək, iş adamlarının əməkdaşlığı üçün münbit şərait yaratmaqdan ibarətdir. Forumda kənd təsərrüfatı, sənaye, nəqliyyat, emal sahələrində fəaliyyət göstərən iş adamları və şirkət rəhbərləri iştirak edirlər.