Naxçıvanda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 12 dəfədən çox artıb

2024.05.20 14:22 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir.

Dövlət Xidmətinin məlumatına görə, bu ilin yanvar-aprel ayları ərzində 68 dövlət əmlakı özəlləşdirilib.

2024-cü ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə daxilolmalar 683,0 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.