Belarus Azərbaycana aqrar şəhərciklər layihəsini təklif edəcək

2024.05.17 16:53 (UTC+04:00)

Belarus Azərbaycan üçün aqrar şəhərciklərin layihəsini hazırlamaq istəyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı həmkarları Belarusda aqrar şəhərciklərin salınması və onların ərazisində istehsal bazasının inkişafı təcrübəsini öyrənmək üçün Minskə dəvət olunublar.

Nazir işğaldan azad edilmiş ərazilərin bərpası üçün Azərbaycana öz variantlarını təklif etməyə hazır olduqlarını bildirib. “Biz öz variantlarımızı dəyərləndirib təklif edəcəyik. Düşünürəm ki, biz öz aqrar şəhərciyimizi, o cümlədən istehsal sahələrini - süd komplekslərini layihələndirəcəyik", - S.Bartoş qeyd edib.