Dövlət qulluqçularına ömürlük, yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə müavinət, habelə işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə dövlət tətəfindən sosial yardım məqsədi ilə onun dəfni üçün 500 manat məbləğində birdəfəlik müavinət verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, dəfn üçün müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.