İqtisadiyyat naziri Mikayıl Cabbarov Efiopiya Baş nazirinin müavini ilə görüşüb

2024.05.16 12:53 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini Temesgen Tiruneh Dinku ilə görüşüb.

Tərəflər Azərbaycanla Efiopiya arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, həmçinin investisiya və ticarət sahələrində genişləndirilməsi üçün ölkələrimizin malik olduğu potensialdan istifadə edilməsinin zəruriliyini qeyd ediblər.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılmasının, o cümlədən ticarət və investisiya üzrə əməkdaşlıq imkanlarının reallaşdırılmasının, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.