“Azərbaycan İnvestisiya Şirkəti” ASC, İsrailin “Granot International Agricultural Cooperative Society” LTD və “Agro Food Investments” MMC arasında ilkin mərhələdə 1000 hektarlıq zeytun bağının salınması və illik 4000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Qabaqcıl texnologiyalar əsasında reallaşdırılacaq layihənin icrası rəqabətqabiliyyətli məhsul istehsalına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. Layihə çərçivəsində 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.