Azərbaycanın elektron hökumət sahəsində təcrübəsi öyrənilir

2019.07.16 11:30 (UTC+04:00)

"Əfqanıstan Azərbaycanla kibertəhlükəsizlik, elektron hökumət sahəsində məlumat mübadiləsi həyata keçirmək istəyir". Bu fikirləri Əfqanıstanın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Məhəmməd Hadi Hedayati "report"a müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan elektron hökumət sahəsində yaxşı təcrübəyə malikdir və ölkəsi bundan faydalanmaq istəyir: "Hesab edirəm ki, Azərbaycanın elektron hökumət sahəsində təcrübəsindən Əfqanıstanın yararlanması gözəl imkan ola bilər".