Azərbaycanla Türkiyə arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib

2024.05.14 15:17 (UTC+04:00)

“Türkiyəyə səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığı, birgə reallaşdırılan layihələr və yeni əməkdaşlıq imkanlarını müzakirə etdik. Həyata keçirəcəyimiz yeni əməkdaşlıq istiqamətlərinin Azərbaycan və Türkiyənin strateji maraqlarına xidmət edəcəyinə və ölkələrimizə qarşılıqlı fayda gətirəcəyinə əminliyimiz tamdır. Birgə planlarımız və hədəflərimiz dostluq və əməkdaşlığımıza töhfələrini verəcək”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.