“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı” təsdiq edilib

2024.05.14 10:48 (UTC+04:00)

Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı”nın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Qərar qəbul edib.

Qərara əsasən, “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı” təsdiq edilib.