Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

2024.05.13 16:51 (UTC+04:00)

Mayın 15-də Çinin Nankin şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi fəaliyyət göstərir.