- Sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı hansı yenilik gözlənilir? Çıxarış almağa əsas verən sənədlərin siyahısı genişləndirilə bilərmi? Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi açıqlayacaq.
- Xaricdən sifariş olunan bağlamalar hansı halda gömrükdə açıla bilər? Məhsullara dəyən zərərə görə kim məsuliyyət daşıyır?
- İşə qəbul zamanı vətəndaşdan hansı sənədlər tələb oluna bilər?
- Evlərin sahəsi niyə çöl divardan hesablanır? Mənzil alarkən aldanmamaq üçün nəyə diqqət etmək lazımdır?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 12 may 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin hüquq departamentinin direktoru Lalə Əkbərova Günel Bəhramqızının suallarını cavablandırır.