Hindistan qarşıdakı on il ərzində Çabahar limanını idarə etmək üçün İranla müqavilə imzalamaq niyyətindədir.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “The Economic Times” qəzetinə istinadən xəbər verir ki, bu qərar İranla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm geosiyasi addım kimi qiymətləndirilir və bunun region üçün ciddi nəticələri olacaq.
Gələcəkdə Çabaharın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə birləşdirilməsi planlaşdırılır. Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, bu üç ölkənin dəmir yollarını birləşdirərək, Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.
Dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin azaldılmasıdır.