4SİM startapçıları Çində keçiriləcək “Yeni Çempionlar 2024” tədbirinə dəvət edir

2024.05.13 14:32 (UTC+04:00)

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumu startapçıları 25-27 iyun 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Dalian şəhərində keçiriləcək “Yeni Çempionlar 2024” ənənəvi illik görüşünə dəvət edir.

Mərkəzin məlumatına görə, “İnkişafın üçün növbəti sərhədlər” mövzusunda keçiriləcək görüş biznes, hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, akademiya və mediadan olan 1500 qlobal lideri bir araya gətirəcək.

Seçim kriteriyalarına görə, startapların yaşı 10-dan az olmalı, törəmə və ya birgə müəssisə olmamalıdırlar. Onlar həmçinin Dünya İqtisadi Forumunun affilə edilmiş mərkəzləri, tərəfdaş şirkətlər və ya akademik qurumlar tərəfindən seçilə bilərlər. İştirak üçün yekun təsdiq DİF tərəfindən veriləcək və startalara dəvət göndəriləcək.

Tədbir barədə daha ətraflı:

https://www3.weforum.org/docs/WEF_AMNC24_Meeting_Overview.pdf

Müraciət üçün link:

https://wefglobal.eu.qualtrics.com/jfe/form/SV_0cAameG1t0VgMrY

(Qeydiyyatda anketini cavablandırarkən “sizin startapı təklif edən qurum” sualına “C4IR Azerbaijan” qeyd edin)

Müraciət üçün son tarix: 15 may 2024