Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual oyun keçirilib

2024.05.10 16:05 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

İntellektual oyunda İqtisadiyyat Nazirliyinin strukturlarının və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 43 komanda iştirak edib. 3 mərhələdən ibarət yarışda iştirakçılar müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar.

Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, onların intellektual bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsidir.