Bu ilin birinci rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı bp-nin hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.
İlin ilk üç ayında yataqdan ümumilikdə — "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79,5 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.