Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyevin tarixi xidmətləri cəmiyyət və dövlət həyatının bütün əsas sahələrini əhatə etməklə, ölkəmizin inkişafında əsaslı dönüş yaradıb. Ümummilli liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.