Tikinti şüşəsinin istehsalı 20 faizdən çox artıb

2024.05.10 15:45 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədə 2597,1 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 21,1 faiz və ya 452,6 min kvadratmetr artıb.

Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 1795,5 min kvadratmetr təşkil edib.